"Köhnə mahnılar"dan
Nə qədəhlər vardı nə mey nə məzə
Bircə duyğulardı təptəzə.
Sən məni mən səni sevirdik
Dünyanı bölmüşdqük səninlə...
Təzələr köhnələr bir səhər
biz də çox işləndik deyəsən
Həsəd ya həsrət?
Allah onu bir az endir
Niyə bu qədər ucadı?
!Boyum çatmır o buluda
Boyum yaman balacadı...
...
("Ümumiyyətlə mən daha vağzallardan keçə bilmirəm. çünki artıq nə mənim şəhərim var, nə də ki gözləyənim..."
Bir jurnalist reportajından)
Qatarların dayandığı,
xatirələrin oyandığı yerdi bu yer.
Qorxma keçmişinə baxmaqdan.
Uzaqdan əl eləyib gülümsəsə doğma şəhərin
Xatırlama qatarların cədvəlini.
Xatırlama.
Ora gedəsi qatar gec gələr bəlkə.
Gözləmə.
Al yolu əlinə
Irəlilə
Irəlilə.
19.03.1999
E110365-ə təşəkkürlərimlə
http://e110365.azeriblog.com/2009/06/30/auksion
Söhbət
Bu mükalimə təsadüfən - təxminən bir ay əvvəl qeydə alındı. indi arxivi eşələyəndə yadıma düşdü. O qeydə aldığımı bilmir, mən də adını yazmadım.
Cəmi iki-üç gün idi tanış olmuşduq, amma həmin gün söhbətimiz alındı. Hər şey onun darıxmağından başladı. Söhbətə başlayan da o oldu.
- Sən özünü tapa bilirsən hardasa? Məndə bu böyük problemdi. Tapa bilmirəmsə, qala bilmirəm. Mənim siyasi baxışlarım və dünyagörüşüm mənə çox mane olur yaşamağa.
- Siyasi baxışlarımla vidalaşmışam... dünyagörüşüm qalır.
- Yooox, mən vidalaşa bilmirəm. Keçə bilmirem. Burada itirəcəyim bir şey qalmayıb.
Paris, Paris...
- Təyyarə yeməklərini sevirəm.
- Niyə?
- Plastik qablarda biradamlıq yemək. Qablaşdırmada olan yeməklərə həmişə rəğbətim olub... Sən yox?
- Nə bilim. (Yox, bu sənin cavabına bənzəmədi. Amma təyyarədə belə də olar)...
Hardan başlamalı, səfər proqramını necə tutmalı? Bulona, yoxsa Vensen meşəsinə getməli? Bəlkə, hər ikisinə, bəlkə, heç birinə. Bizim mübahisə predmetimizə bax da... Qərarımız necə olacaq, aydındı – heç nəyi planlaşdırmayaq...
AmonRa üçün (3)
AmonRA... ))
Hə, darıxıram...İndi mənim iş günüm cəmi bir saatdı başlayıb, işin demək olar yarısını görmüşəm, bu o deməkdi ki, axşamadək yenə darıxmaqla məşğul olacağam...Mən Pasternakın sözlərini tez-tez təkrar edirəm: “Biz xatırladıqlarımıza sıyrılıb öləcəyik”.
Ağrımağı bilirsən niyə sevir insan?
***
“E.mailimi “vərəqləyirəm”. Bu gələn və gedən məktublarin sanki mənə dəxli yoxdu. Oradakı bəzən emosional, bəzən barışqan R. də mən deyiləmmiş kimi, orada müzakirə olunan şeir və hekayələrin də mənə dəxli yoxmuş kimi...
Ya da bunlar bir-iki il əvvəl deyil, lap çoxdan olub -. xoşbəxt, keçmiş zamanlarda. Bir də geri qayıtmayacaq...Niyəsə indi mənə təxminən 10 il əvvəl Milli Bankın yanından Azadlqı prospekti ilə yuxarı qalxan avtobusdakı qız daha doğma gəlir. O tələsirdi, elə bilirdi ki, bir-iki dəqiqə geciksə, hər şey dağılacaq. Işıqforlarda az qalırdı ürəyi dayana...
Amma hər şey dağıldı. O qız sonra da çox tələsdi və gecikdi... ya da ona elə gəldi ki, tələsib və ya gecikib. Ona elə gəldi ki, heç nə vaxtında olmur... bəlkə də, onun üçün heç nə vaxtında olmadı... Anası düz deyirdi – hər işi eldən əcaib idi onun...
Amma yox, bu da mən deyiləm...
Lənət şeytana, bu mənəm axı... heç bir şeyi unuda bilməmişəm. Məktəbə getdiyim gündən bu günədək. Xatırladıqlarımın hamısı da incidir məni...
Amma ən çox yaşıl kafe... ən çox şənbə günləri... ən çox da sən” yazdım...
Və bilirsənmi nə oldu?
Yooox!
Böcək
Yəqin yadındadı köynəyinə yapışan böcək
məndən cəsarətli deyil deyə
yaxandan yapışdım,
atdım onu.
Sonra bütün yay boyu
gözlərim böcək axtarmışdı
yaxanda...
Sarmaşıq (Dostumuz E-nin bağdan çəkdiyi şəkilləri görəndən sonra alındı və elə ona da bağışladım bu şeiri)
Səni daha çox sevdim
Çiçəklərin və çiyələklərin arasında. Bağda.
Hə, o zaman bilmirdim
pəncərənədək uzanmaq,
sənə yaxın olmaq
və sonunda əllərinlə
qırılıb torpağa atılmaq varmış.
Blog Haqqında

Фрида Кало
Axtarış
Bölmələr
- Şeirlər (35)
- Yazılar (10)
- Gündəlik (26)
- Mənim sevdyim şeirlər (7)
- Şərhsiz (3)
- Müzakirələr-söhbətlər (4)
- Birlikdə oxuyaq... (3)
Arxivlər
- İyul 2009 (4)
- İyun 2009 (21)
- May 2009 (9)
- Aprel 2009 (16)
- Mart 2009 (7)
- Fevral 2009 (2)
- Yanvar 2009 (4)
- Dekabr 2008 (3)
- Oktyabr 2008 (5)
- Sentyabr 2008 (2)
- Avqust 2008 (6)
- İyul 2008 (31)
- İyun 2008 (9)
Qabaqki yazılar
- Marina Svetayeva
- AmonRa üçün (2) - cavab...
- Fotoqraf dostuma məktub ("Eksperimentlər"dən)
- ÇƏRPƏLƏNG (kitabdan)
- Jaləyə və S.Dovlatova ithaf
- Külək (fraqmentlərdən)
- İlğım( bu fraqment E110365-ə və Vignerə ithaf olunur - bundan əvvəlki şeirdə də hardasa bu təsirin izi var)
- Ilkin variantda
- MAVİ GÖZLÜ DEVdən eyni adlı şeir
- D.-yə
Keçidlər
- Lit.az (192)
- Kultaz (290)
- Qızlar məclisi (213)
- Ədəbi gənclik (205)
- Kultazın rusdilli bacısı (170)
- Moşkovun kitabxanası (118)
- Milli kitabxana (174)
- Tərcümə (164)
- Çağdaş rus ədəbiyyatı (133)
Dost bloglar
- çılğınca hissimizi bölüşək...
- e110365
- Football
- SÖZ VAXTI
- AmonRa
- Filosof
- СЛАВА TРУДУ!
- NET-GÜNDƏLİK
- ۞ C A H A N ۞
- Qəlbim Qəlb Oğrusudur !
- ๑۩۞۩๑wWw.XaNsU.tK๑۩۞۩๑
- Jalə
- gelecekdeki kechmish zaman
- Saniya
- FÜZULİ SABİROĞLU
- Nino
- Burası Ülkər Ucqar
- bir yerde darixmirlar
- sevdiyim sheirler
- Olan ve Biten
- Qum kəndir
- NƏRGİZ CABBARLI
- Yol
- Insan payizinin payiz soraqli serleri
Açar sözlər
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 10120
Dünənki hit: 451
Bugünki hit: 67
Ümumi hit: 48669