Noy
17
(Qalib Toğrula Kopenhagendən birinci məktub)
… Cavanşir Yusiflini samballı polemikaya dəvət etdim, malisef qaçdı, təklif elədiyim mövzuya öz bloqundan səthi reaksiya bildirdi… Başdan- ayağa sosial problemlərə “dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirmək cəhdi” deməkdən irəli gedə bilmədi…
… Şərif Ağayarın hekayəsi haqda fikirlərimi dedim, digər yorumçulara cavab verdi, mənim qeydlərimə münasibət bildirməkdən çəkindi, “susmaq razılıq əlamətidir”, - bu, öz yerində- amma etiraf edə bilmək də mədəniyyətdir… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

277 oxunma |
Noy
17
Bölmə: Ədəbiyyat |
Noyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda görkəmli Ukrayna şairi, ötən əsrin 70-ci illərində repressiya olunmuş Vasıl Stusun Azərbaycan və rus dillərində olan «Kolımada kəklikotu qoxusu» («Na Kolıme zapaxlo çabretsom») adlı şeirlər toplusunun təqdimetmə mərasimi keçirildi. «Dünya ədəbiyyatı» dərgisinin qısa adı «DƏB» (Dünya Ədəbiyyatından Books) olan kitab seriyasının 11-ci kitabı ölkəmizin Ukraynadakı səfiri, professor-doktor Tələt Əliyevin şəxsi dəstəyi ilə nəşr olunub. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

31 oxunma |
Noy
17
Bölmə: Teatr |
YURİ ANDRÜŞENKO: “Bakıda yaşayıb, işləmək təklifinə məmnuniyyətlə razı olardım”
Anton Çexov adına Moldova Dövlət Rus Dram Teatrı yaxın keçmişdə Bakının qonağı oldu. Əliboş gəlməmişdilər. Yerli seyrçilərimizə üç tamaşa
- Çexovun məşhur «6-cı palata»sının motivləri əsasında «Strasti po Andreyu», Jan Batist Molyerin «Brak po nevole, ili şkola jon i mujey» və Voymil Rabadanın «Koldun «Ux-Tı» i malenkaya feya» romantik uşaq nağılı nümayiş etdirdilər. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

44 oxunma |
Noy
16
Bölmə: Ədəbiyyat |
TONQAL BAŞINDA
Tonqal iyi verirsən!” - bir gözəlin sözüydü.
Tüstülü saçlarımı qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi!
Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!
Haqqımı istəyəndə dilimə damğa basan
Adımı yasaq edən qorxumda tonqal iyi! Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

118 oxunma |
Noy
15
Bölmə: Teatr |
«Sənə qəsd edəcəklər, dostum…» (Z.Ə.)
İnsanı sarsıda biləcək hadisələrin siyahısında yəqin ki, ölüm və xəyanət başda dayanacaq. Bu ölüm və xəyanət saray divarları arasında xüsusi cazibə qazanır, biləsiniz. Kütlənin hakim elitaya xüsusi heyranlığı və ürəyinin dərinliyində gizlədiyi qisasçı sevgisini nəzərə alsaq, «Hamlet» əsərinin bu qədər məşhurluğu sirri-xuda olmayacaq. Paytaxtın əksər teatr adamlarını, hətta teatrdan qaçaq düşənləri belə sizcə nə bir yerə cəm edə bilər? Dünya dramaturgiyasının ən şah əsəri. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

53 oxunma |
Noy
14
Bölmə: Persona |
Çingiz Hüseynov: «Rüstəm İbrahimbəyovla bağlı mubahisələr tamaşalı oyundur, icazəli xarakter dasıyır»
Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovla üz-üzə oturub söhbət etmək obyektiv səbəblərdən mümkün olmasa da, suallarımızı ona göndərmək imkanımız vardı.
Suallarımızı hörmətli Çingiz müəllimə göndərdik və cavabları çox gözləyəsi olmadıq. Təəssüf ki, bu lütfkarlığı Yazıçılar Birliyinə rəhbərlik edən bir çox yazıçı və şairlərdə görməkdən məhrumuq. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

164 oxunma |
Noy
12
Bölmə: Köşələr |
Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına. Nədən desən danışacaqlar. Yaralı Arazdan, Dəli Kürdən, statusa həsrət qalmış Xəzərdən, Cavad xandan, dastandan, xəngəldən, hindu qəbilələrindən, alternativ enerjilərdən, elmi tərəqqidən, yolxucu xəstəliklərdən. Siz onlara indiki zamandan sual versəniz, həmən susacaqlar. Davamı…

Yazar:
Seymur Baycan |
Göndər
|
Çap et
|

275 oxunma |
Noy
11
Bölmə: Ədəbiyyat |
Bacım Xatirə daş atıb başını tutmuşdu ki, bəs Aslana baxdırmasam, ürəyim partlayar. Mənim gülməyimi güclə saxladığımı görüncə hələ üstümə qızacaqdı da: ”Bax, Miri tutulanda gedib baxdırmışdım, qarşısında oturan kimi, dedi, ərin dörd divar arasındadı, darlıqdadı. Əgər uydurursa, hardan bildi ki, mənim ərim tutulub. De də, nəyə gülürsən, de də! E-e-ey.., sən də hər şeyə qulp qoymaq üçün ölürsən”- demişdi. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

535 oxunma |
Noy
8
Rüstəmə qarşı bu qəfil hücumun məqsədi də onu əzməkdən daha çox (əslində bu mümkün olan iş deyil!) cəmiyyətin müqavimət gücünü yoxlamaqdır
Neçə gündür Azərbaycanda qəribə bir “hücum və müdafiə” kampaniyası yaşanır. Bu hücumun da, müdafiənin də hədəfi, ünvanı bir nəfərdir: mənim köhnə dostum, dünya şöhrətli sənətkar Rüstəm İbrahimbəyov.
Əslində Rüstəmin müdafiəyə ehtiyacı yoxdur. Əksinə, təkcə özünü yox, başqalarını da müdafiə etməyə onun gücü çatar. Amma Rüstəmin müdafiəsinə cəmiyyətin ehtiyacı var. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

733 oxunma |
Noy
7
Bölmə: Ədəbiyyat |

Tutalım ki… (Miniatür)
Tutalım ki, tab gətirə bilmədin haqsızlığa
və yaxud,
“Malışla” böyüdün deyə
Başın zərbələrdən başladı ağrımağa.
Böyrəyinin biri ayağına dolaşdı,
Ən yaxın sirdaşın “valerianka”oldu… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

237 oxunma |
Noy
6
Həyatda daha çox özümü böyük şairimiz Bəxtiyar Vahabzadənin misralarında görürəm: “dərdin yoxluğu da mənim üçün dərddir”. Bəzən çəkə bildiyimdən də artığına çiyin verdiyimdən, uzun müddətə yuxum qaçır. Gah futbola baxıram, gah da təkrar-təkrar verilən qaydasız döyüşlərə. Arada yaxşı kinolar da olur. Ancaq bütün bunlar da yetərli olmur – kitab oxumaq istəyirəm. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

112 oxunma |
Noy
6
Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

2,199 oxunma |
Noy
5
Bölmə: Ədəbiyyat |
İlK DÜŞMƏNİM. MEMUAR
Həsənağa 10 yaşında öldü. Öldü də yox, gəbərdi, gəbərdi də yox, xosunvay oldu. İndi mən öz həmyaşımdan, ilk düşmənimdən düz 45 il böyüyəm. “O, rəhmətə getdi”, “o, haq dünyaya qovuşdu”, - onun barəsində bu cür-bu sayaq şirin-şəkər cümlələrə də dilim gəlmir. Dəyməz. Üstəlik, onsuz elə yalançı-əttökən mədəni sözlərə məndə səbir-qərar qalmayıb. “Mədəni” deyəndə - çürük və boş, bayağı-şit, süni-bürokratik sözlər.
Hə, yalançı-əttökən… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

232 oxunma |
Noy
5
(“Fraqmentlər” kitabından)
Ən yaxşı şeirlərində nə var – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Əli Kərim şeirə qəribə bir sakitlik və rahatlıq gətirdi. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

303 oxunma |
Noy
3
Bölmə: Ədəbiyyat |
EMİQRANT MÖHÜRÜ (neo-poema)
I
Küçə
hürür üstümə.
Addım səslərim
ayaqlarımı
vurub qoltuğuna qaçır… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

170 oxunma |
Noy
1
(Ustad Həmid Herisçiyə salam və sayğılarla)
“Moskva bir gündə tikilməyib” (Rus deyimi). Bakı isə bir gündə tikilib… XIX əsrin ortalarında bu şəhər protoazərbaycanlıların yaşadığı kiçik şəhərlərin arasında çoxlarından fərqlənmirdi. Təbriz, Ərdəbil, Gəncə, Şəki, Şamaxı, Şuşa kimi şəhərlər Bakıdan ərazisinə və əhalisinə görə, elə mədəniyyətinə görə də dəfələrlə böyük idilər. Mədəniyyət demişkən, bu söz ərəb dilindən gəlib və “mədinə”dən yaranıb – yəni şəhər deməkdir! Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

388 oxunma |
Noy
1
Bölmə: Ədəbiyyat |
Bu söylədiyimin doğru olub-olmadığına heç özüm də əmin deyiləm. Amma mənə elə gəlir ki, sanki hamımız doğulanda daxilimizdə bir başqası üçün ayrılmış yerlə birgə doğuluruq.
Bir hissəsi itmiş tapmaca kimi…
Həyatımızın önəmli çağını qərib bir çatışmamazlıq duyğusu ilə keçirməyimiz, bəzi səhərlər anlaşılmaz sıxıntılarla oyanmağımız, bəzən adsız ümidlərlə nəşələnməyimiz, düşünürəm ki, o boşluğun içimizdə yaratdığı girdabdan qaynaqlanır. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

130 oxunma |
Okt
31
Bölmə: Ədəbiyyat |
“Kəskin ədəbi kriteriyadan yanaşsaq, Azərbaycan ədəbiyyatında istedadlı yazarların sayı beş-altıdan o yana keçməz”
- Görüşə niyə gecikirsiniz?
- Bizdə bu suala ənənəvi bir bəhanə ilə cavab verilir - tıxaca düşmüşdüm. Bir də ki, görüş üçün təyin edilən yeri tapa bilmirdim. Biz tələbə olanda uşaqlarla görüşmək üçün konkret yerlər var idi. İndi şəhər çox dəyişib, inkişaf edib. Açığını deyim ki, belə vəziyyətdə adam görüş yerini müəyyənləşdirməyə çətinlik çəkir. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

500 oxunma |
Okt
30
Bölmə: Ədəbiyyat |
MÜASİRLİK
Köhnə “Sovet küçəsi”ndə
Bakı ölür.
Əvvəl Böyük Vətən müharibəsi
qırmışdı buranı.
Şəkil asılmış mismar
Mismar vurulmuş divar
Divar vurulmuş keçmiş
yıxılır. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

1,409 oxunma |
Okt
29
Bölmə: Foto |
Bəzi şəhərlər var ki, onlara ilk baxışda və ömürlük aşiq olursan. Gözəlliyini asta-asta içinə çəkir, bu şəhəri tanıma prosesinin özündən belə, böyük həzz alırsan. Bəzi şəhərlər var ki, beyninə həmişəlik həkk olunur. Və, bəzi şəhərlər var ki, sənin üçün əziz və yaxın olur – həyatını və özünü bir an olsun belə, onlarsız təsəvvür etmirsən. Davamı…

Yazar:
Kənan Məcidov |
Göndər
|
Çap et
|

146 oxunma |